MBA-nın ən dəyərli klublarının siyahısı açıqlanıb
Milli Basketbol Assosiasiyasının (MBA) ən dəyərli klublarının siyahısı açıqlanıb.

Son illər pley-offa vəsiqə qazanmaqda problem yaşamasına baxmayaraq, “Nyu-York” 5,42 milyard dollarla liqanın ən dəyərli klubu seçilib. Onu “Qolden Steyt Uorriors”, “Los Anceles Leykers”, “Bruklin Nets” və “Boston Seltiks” klubları izləyir.
Liqanın ən aşağı dəyəri olan klubu isə 1,35 milyard dollar qiyməti olan “Nyu-Orlean Pelians”dır.

Ümumilikdə isə orta hesabla MBA klubları 2,4 milyard dollar dəyərə malikdir. 2019-cu illə müqayisədə bu dəyər 2 faiz aşağı düşüb. Bu isə pandemiya ilə əlaqədardır.

Xəbər 465 dəfə oxundu.