“Yuventus” İtaliya Super Kubokunun qalibi olub
Yanvarın 20-də futbol üzrə İtaliya A Seriyasının Super Kubok görüşü keçirilib.

“Mapei” stadionunda baş tutan görüşdə “Yuventus” əzəli rəqibi “Napoli” ilə qarşılaşıb. Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra daha üstün oyun nümayiş etdirən “Yuventus” hesabı açıb. Matçın 64-cü dəqiqəsində Kriştiano Ronaldo fərqlənib. Görüşün 80-ci dəqiqəsində “Napoli” klubu penalti vurmaq hüququ qazanıb, lakin Neapol təmsilçisinin futbolçusu Lorenso İnsinyanın zərbəsi dəqiq olmayıb.

Oyunun 96-ci dəqiqəsində “Yuventus” rəqibin qapısına ikinci dəfə yol tapıb. Alvaro Morata son nöqtəni qoyub. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.
Beləliklə, “Yuventus” tarixində 9-cu dəfə İtaliya Super Kubokunun qalibi olur.

Xəbər 426 dəfə oxundu.