Yaponiya hökuməti : Olimpiya Oyunları zamanı vaksinasiya zəruri deyil
Yaponiya hökuməti koronavirus pandemiyasına görə vaxtı cari ilin yayına dəyişdirilən Olimpiya Oyunlarında iştirak edənlər üçün vaksinasiyanın zəruri olmadığını bildirib.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato ənənəvi mətbuat konfransı zamanı bəyan edib.

“Biz Oyunların təhlükəsiz şəkildə təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Bu zaman hətta vaksinasiya şərt kimi irəli sürülməyəcək”, - deyə baş katib bildirib.

Xatırladaq ki, Yaponiya 2020-ci ildə növbəti Yay Olimpiya və Paralimpiya oyunlarını təşkil etməli idi. Lakin COVID-19 pandemiyasına görə yarışların vaxtı cari il iyulun sonundan sentyabrın əvvəlinə dəyişdirilib.

Baş nazir Yoşihide Suqanın rəhbərlik etdiyi hökumət Olimpiya və Paralimpiya oyunlarının cari ildə keçirilməsində israrlıdır.

Lakin kütləvi-informasiya vasitələrinin keçirdiyi sosial sorğular Yaponiya vətəndaşlarının bunun əleyhinə olduğunu göstərir. Belə ki, son olaraq Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 80 faizi yarışların vaxtının dəyişdirilməsinin zəruriliyini bildirib.

Tokio Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Y.Mori isə ötən həftə Oyunları hətta koronavirusa görə belə təxirə salmağı qətiyyən mümkün olmadığını bəyan edib.

Xəbər 407 dəfə oxundu.