Dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək
Almaniyanın Oberstdorf şəhərində keçiriləcək qış idman növləri üzrə dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək.

Təşkilatçılar bu addımı təhlükəsizlik baxımından atıblar. Artıq satılmış biletlərin geri qaytarılması prosesinə start verilib.

Qeyd edək ki, çempionat fevralın 23-dən martın 7-dək keçiriləcək.

Xəbər 402 dəfə oxundu.