Jurnalistlər üçün avtobus
"Xəzər Lənkəran" Avroliqanın II təsnifat mərhələsi çərçivəsində "Lex”lə (Polşa) sabah Lənkəranda keçiriləcək oyununu tribunadan izləmək istəyən jurnalistlər üçün avtobus təşkil edir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, avtobus Bakıdan Lənkərana və oyundan sonra geriyə hərəkət edəcək. O, sabah saat 11:00-da "Gənclik" metro stansiyasının yanından cənub şəhərinə yola düşəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lex” oyunu saat 20:00-da başlayacaq.

Xəbər 1043 dəfə oxundu.