FIDE: Onlayn yarışlarda rəsmi reytinq hesablanacaq
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir müddət əvvəl açıqladığı rəsmi onlayn yarışlarında tətbiq ediləcək yeni qaydaları təsdiqləyib.

Bundan sonra karantin qaydaları nəzərə alınmaqla, hakimlərin də nəzarəti altında şahmat klublarında, federasiyaların qərargahlarında, otel və digər yerlərdə keçirilən onlayn yarışlarda rəsmi reytinqin hesablanması haqqında qərar verilib. Bunun üçün təşkilatçılar bir həftə əvvəldən gec olmayaraq yerli federasiyalar vasitəsilə FIDE-nin müvafiq komissiyasına müraciət etməlidirlər.

Bütün müraciətlər FIDE-nin xüsusi komissiyası tərəfindən araşdırılacaq. Rəsmi təsdiq alan turnirlərin keçirilməsinə icazə veriləcək.

Xəbər 401 dəfə oxundu.