AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
Qırx dörd gün davam edən və rəşadətli Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə AFFA-nın inzibati binasında görüş keçirilib.

İcraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə M.Məmmədovu bir daha təbrik edib.

Xəbər 394 dəfə oxundu.