Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 13-cü pillədə qərarlaşıb
Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Azərbaycan yığması planetin 13-cü komandasıdır.

Joze Alesionun yetirmələrinin hesabında 1407 xal var. Millimiz 12-ci olan Ukraynadan cəmi 35 xal geri qalır.

Azərbaycan yığması UEFA-ya üzv ölkələr arasında 8-cidir. Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər ilk “üçlük”də yer alan Braziliya və Argentinanı qabaqlayırlar.

Xəbər 396 dəfə oxundu.