UEFA-nın bonus vəsaiti “Qarabağ”ın hesabına köçürülüb
UEFA “Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar ödəniş edib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi bu mövsüm qrupda bir heç-heçə ilə kifayətləndiyi üçün 190 min avro qazanıb. Bu, 2020-ci il dekabrın 3-də V tur çərçivəsində İstanbulda İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə 1:1 hesablı nəticənin qeydə alındığı ev oyununa təsadüf edib.

Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Xəbər 403 dəfə oxundu.