“Torino” klubu baş məşqçisi Marko Campaulo ilə yollarını ayırıb
İtaliyanın “Torino” futbol klubu baş məşqçisi Marko Campaulo ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son oyunlarda pis nəticələr göstərdiyi üçün 53 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib.

Turin təmsilçisi Campaulonun baş məşqçiliyi altında 18 matçdan sonra 13 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, isveçrəli çalışdırıcı ötən ilin avqustundan “Torino”da işləyir.

Xəbər 332 dəfə oxundu.