“Çelsi” ötən il transferlərə ən çox pul xərcləyən klub olub
FIFA 2020-ci ildə futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Ötən il Avropada transferlərə ən çox pul xərcləyən klub “Çelsi” olub. Bu göstəricidə ikinci “Mançester Yunayted”dir. İlk üçlüyü “Mançester Siti” qapayır. Dördüncü və beşinci pillələrdə müvafiq olaraq “Barselona” və “Yuventus” klubları qərarlaşıblar.

Qeyd edək ki, “Çelsi” klubu ötən ildə “Bayer Leverkuzen”dən Kay Havertzi (80 milyon), “Leyptsiq”dən Timo Verneri (53 milyon), “Lester Siti”dən Ben Çilueli (50 milyon), “Ayaks”dan Hakim Ziyeçi (40 milyon) və “Renn”dən Eduard Mendini (24 milyon) transfer edib.

Xəbər 336 dəfə oxundu.