On yeddi yaşadək şahmatçılar 20 Yanvar şəhidlərinin xatirə turnirində iştirak edəcəklər
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək yarışda 600-dən çox şahmatçı iştirak edəcək.

Turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +1 saniyədir. Turnir saat 18:00-da start götürəcək.

Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak edəcəklər.

Xəbər 385 dəfə oxundu.