Futbol üzrə Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb
Futbol üzrə Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.

50 yaşlı mütəxəssis istefaya göndərilib.

Polşa Futbol İttifaqının sözçüsü Yakup Kvyatkovski Brjeçekin istefasının səbəbini açıqlamaqdan imtina edib: “İki ildən çox işlədiyi üçün ona minnətdarıq. Hazırda nə olacağı barədə düşünəcəyik. Dünya çempionatının seçmə mərhələsinə iki ay qalıb”.

Qeyd edək ki, Yeji Brjeçek 2018-ci ilin avqustundan Polşa seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 390 dəfə oxundu.