Serbiya millisində 3 “rabitəçi”
Serbiya Voleybol Federasiyası (SVF) London Olimpiadasında iştirak edəcək heyəti rəsmən açıqlayıb. İdman.com.az saytının məlumatına görə, sabiq Yuqoslaviya təmsilçisi qadın voleybolçular arasında mübarizə aparacaq milliyə 3 “azərbaycanlı”nın da adını daxil edib.

Belə ki, SVF-in müəyyənləşdirdiyi “12-lik”də “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiç yer alıb.

Qeyd edək ki, Londona aparılacaq komandada bir sıra təcrübəlilərdən imtina olunub. Onlar arasında “Rabitə”nin sabiq liberosu Silviya Popoviç də var.

Xəbər 1210 dəfə oxundu.