Həbib Nurmaqomedov karyerasını bərpa etmək ehtimalını etiraf edib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurmaqomedov yanvarın 23-də baş tutacaq amerikalı Dastin Puarye ilə irlandiyalı Konor Makqreqor arasındakı döyüşdən sonra karyerasını bərpa etmək ehtimalını etiraf edib.

Bu barədə ABC telekanalının efirində UFC prezidenti Dana Uayt açıqlama verib. Bildirilib ki, rusiyalı döyüşçü ilə Dana Uayt arasında Abu-Dabidəki “Döyüş ada”sında görüşdə H.Nurmaqomedovun karyerasını bərpa etmək imkanları müzakirə edilib. Rusiyalı döyüşçü UFC 257 çərçivəsində keçiriləcək turnirdə iki döyüşü (Dastin Puarye-Konor Makqreqor və Den Xuker-Maykl Çendler) izlədikdən sonra fikrini bildirəcəyini qeyd edib.

2020-ci ilin oktyabrında H.Nurmaqomedov amerikalı Castin Puaryeni boğucu fəndlə məğlub etdikdən sonra karyerasını bitirdiyini bildirib.

Rusiyalı döyüşçü çempionluq kəmərini 2018-ci ilin aprelində amerikalı El Yakuinta ilə dueldə qazanıb. Həmin il oktyabrın 7-də isə irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub.

Xəbər 365 dəfə oxundu.