Azərbaycan futbolçusu Mahir Emreli Polşanın “Zaqlebye” klubunun transfer hədəfindədir
Ağdamın “Qarabağ” klubunun futbolçusu Mahir Emreli Polşanın “Zaqlebye” komandasının transfer hədəfindədir.

Polşa mətbuatının yazdığına görə, klub hücum xəttində olan boşluğu azərbaycanlı oyunçu ilə doldurmaq istəyir.

İyirmi üç yaşlı futbolçunun tezliklə Ekstraklasa klubunu ziyarət edə biləcəyi xəbərdə qeyd edilib.

M.Emreli bu mövsüm keçirdiyi 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər 312 dəfə oxundu.