Formula 1: Şəhər yarışlarının baş tutmayacağı fərziyyəsi tamamilə səhvdir
Pandemiya və onun nəticələri Formula 1-ə təsir etməyə davam edir və mövsümün başlanğıcının təqviminə artıq düzəliş edilib. Bununla yanaşı, şəhər traslarında keçirilməsi nəzərdə tutulan Formula 1 yarışların baş tutmayacağı ilə bağlı fərziyyələr də meydana çıxıb. Söhbət Bakı, Monako, Monreal və Sinqapurdakı mərhələləri, eləcə də Ciddədə (Səudiyyə Ərəbistanı) ilk dəfə keçiriləcək yarışdan gedir. Lakin Formula 1 bu cür fərziyyələrin yanlış olduğunu bildirib.

Bu barədə “RaceFans” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2021-ci il üçün yenidən işlənmiş təqvimin təfərrüatları açıqlanıb və başqa heç bir dəyişiklik yoxdur. Şəhər yarışlarının baş tutmayacağı fərziyyəsi isə tamamilə səhvdir.

Qeyd edilib ki, ümumdünya miqyasında başlayan kütləvi peyvənd kampaniyası ilə bağlı ümidlər yaransa da, bununla belə hələ yanvar ayıdır və il ərzində vəziyyət yenə də dəyişə bilər.

Xəbər 413 dəfə oxundu.