20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək
Yanvarın 18-də “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

Blits üzrə onlayn formatda təşkil ediləcək yarışda 17 yaşadək şahmatçılar yarışacaqlar. Turnirdə nəzarət vaxtı 3 dəqiqə + hər gedişə 2 saniyədir.

Turnirin nəticələri chess.com-un fair-play komandasına yoxlanış üçün göndəriləcək və 1 gün sonra elan ediləcək.

Yarışın yekun nəticələrinə görə ilk üç yeri tutan idmançılar pul mükafatları ilə təltif olunacaqlar.

Xəbər 402 dəfə oxundu.