Bu gün “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək
Yanvarın 18-dən “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər "Avro-2020" Bakı Könüllülər komandasına qoşulacaqlar.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.

Xəbər 387 dəfə oxundu.