Azərbaycan klubları avrokubokların 2012/13 mövsümündə uğurlu çıxış edib
Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün arxada qalan hissəsində uğurlu çıxış edib. İdman.com.az saytının məlumatına görə, 4 komandamız üst-üstə keçirdiyi 7 matçda UEFA reytinqində ölkəmizin hesabına 1,250 xal yazıb. Bu isə bu dövr üçün kifayət qədər yaxşı göstəricidir.

Ümumiyyətlə cari – yeni başlayan mövsümdə yalnız 11 ölkə 1 və ya daha çox xal toplayıb. Bunlardan da 7-si oynamadan buna nail olub. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələr sayəsində bonus xallar toplayan 7 ölkə ilk sıralarda qərarlaşıb.

“Neftçi”nin Gürcüstan “Zestafoni”si ilə Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa qədər Avropada hələlik 9-cu olan Azərbaycan bakılıların qələbəsi sayəsində 1 pillə də irəliləyib. Ölkəmiz bonus xalları ilə deyil, meydanda toplanan xalların sayına əsasən 2-ci pillədə qalıb. Bu göstəricidə isə Lüksemburq liderdir.

Xəbər 947 dəfə oxundu.