Azərbaycanın 9 yunan-Roma güləşçisi Qran-Pridə iştirak edəcək
Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığmasının Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-Pri turniri üçün heyəti bəlli olub.

Yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında 9 idmançı təmsil edəcək.

Turnirin sonuncu günündə - yanvarın 17-də Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Xəbər 444 dəfə oxundu.