Almaniya Formula 4 yarışının qalibi karyerasını Formula 3-də davam etdirəcək
Almaniya Formula 4 yarışının 2020-ci il mövsümünün qalibi Conni Edqar karyerasını Formula 3-də davam etdirəcək.

"Red Bull"un gənclər proqramının üzvü olan pilot "Carlin" komandası ilə birillik müqavilə imzalayıb.
Pilot Formula 3 yarışında mayın 7-9-da keçiriləcək İspaniya Qran-Prisində debüt edəcək.

Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.

Xəbər 529 dəfə oxundu.