"Səbail"in sabiq futbolçusu UEFA-nın səsverməsində iştirak edir
UEFA rəsmi "Twitter" səhifəsində səsverməyə başlayıb.

Sorğuda UEFA Çempionlar Liqasında oynamış Afrikanın 4 əfsanəvi futbolçusu yer alıb.

Onların arasında Bakının "Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen də var. Hazırda Danimarkanın "Norşellan" klubunda işləyən 39 yaşlı mütəxəssis Afrikanın Çempionlar Liqasında oynamış ən yaxşı oyunçusu nominasiyasında Samuel Eto O, Didye Droqba və Nvankvo Kanu ilə mübarizə aparır.

Xəbər 444 dəfə oxundu.