Millimizin sabiq futbolçusu İsraildə klubunu dəyişib
İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev "Hapoel" (Ramat-Qan) klubuna keçib.

31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Ə.Babayev Azərbaycan millisinə də dəvət alıb.

Xəbər 409 dəfə oxundu.