“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb
Premyer Liqanın ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Komanda son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş Dmitri Nağıyevi heyətinə qatıb.

İyirmi altı yaşlı sağ cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

D.Nağıyev 2018-ci ilin iyulunda “Sumqayıt”la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi “Cova da Piedade” klubuna keçib. O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

“Sumqayıt” daha əvvəl Mehdi Şərifi və Höccət Haqverdini heyətinə qatıb, Cabir Əmirlini isə “Neftçi”dən icarəyə götürüb.

Xəbər 391 dəfə oxundu.