“Oklend Siti” klublararası dünya çempionatında iştirakdan imtina edib
Yeni Zelandiyanın “Oklend Siti” komandası klublararası dünya çempionatında iştirakdan imtina edib.

Səbəb ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsidir.

Qətərin “Əl-Duhail” futbol komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.

FIFA Qətər rəhbərliyi ilə birlikdə, mundiala qatılan hər kəsin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün tibbi və təhlükəsizlik protokolu tətbiq edir.

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 1-dən 11-dək Qətərdə keçiriləcək.

Xəbər 456 dəfə oxundu.