İsrail klubu “Qarabağ”ın müdafiəçisi ilə maraqlanır
Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Kevin Medina xarici komandaların maraq dairəsinə düşüb.

İsrailin məşhur klublarından biri olan “Makkabi Hayfa” kolumbiyalı futbolçunu transfer etmək istəyir. Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyununda bəyəniblər.

İsrail təmsilçisi Medina üçün mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq istəyir.

Xatırladaq ki, Kevin Medina cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

Xəbər 348 dəfə oxundu.