“Qəbələ” klubu Ukrayna və Gürcüstandan futbolçu transfer edir
Qış transfer dönəmində hələ də oyunçu transfer etməyən “Qəbələ” yaxın günlərdə heyətini gücləndirəcək.

“Qırmızı-qaralar” hücum xəttinə iki əcnəbi namizəd müəyyənləşdirib. Rəhbərlik axtardığı hücumçuları Ukrayna və Gürcüstanda tapıb. Bunlar “Lvov”un sol cinah yarımmüdafiəçisi Joze Vitor və “Dila” klubunun mərkəz forvardı Nikolay Kovtalyukdur. Hər iki futbolçu ilə danışıqlar davam etdirilir. Maliyyə şərtləri uyğun gələrsə, yaxın günlərdə futbolçular komandaya qoşulacaqlar.

Xəbər 342 dəfə oxundu.