Britaniyalı pilot Oliver Kolduell karyerasını yenidən Formula 3-də davam etdirəcək
Britaniyalı pilot Oliver Kolduell karyerasını yenidən Formula 3-də davam etdirəcək.

Pilot “Prema” komandası ilə müqavilə imzalayıb.

Ötən mövsümü Formula 3 təmsilçisi “Trident”in heyətində keçirən O.Kolduellin ən yaxşı göstəricisi Ştriya Qran-Prisinə təsadüf edib. Avstriyada keçirilən yarışda pilot beşinci olub.

Beləliklə, “Prema” komandası 2021-ci il üçün heyətini açıqlayıb. Daha əvvəl İtaliya komandası Formula 1 pilotu Şarl Leklerin qardaşı Artur Lekler və Dennis Hauqer ilə müqavilə imzalayıb.

Xəbər 524 dəfə oxundu.