“Keşlə”nin sabiq futbolçusu karyerasını Hondurasda davam etdirəcək
Bakının “Keşlə” klubunun sabiq futbolçusu Franko Floresin yeni komandası müəyyənləşib.

28 yaşlı müdafiəçi karyerasını Hondurasda davam etdirəcək. “Real Espanya” klubu argentinalı oyunçu ilə birillik müqavilə imzalayıb.

Futbolçu 2019/2020-ci il mövsümündə “Keşlə”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. Müdafiəçi 2020-ci ilin yayında Bakı klubundan ayrıldıqdan sonra oktyabrda Yunanıstan təmsilçisi “Doxa”ya keçsə də, orada heç bir rəsmi matça çıxmayıb.

Xəbər 413 dəfə oxundu.