Daha iki komanda Türkiyə kubokunun dörddəbir finalına vəsiqə qazanıb
Yanvarın 14-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 2 oyunu keçirilib.

"Fənərbağça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Günün digər matçında isə "Alanyaspor" öz meydanda "Ərzurumspor"u 4:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.

Xəbər 386 dəfə oxundu.