ADBTİA tələbələri arasında şahmat turniri keçirilib
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyinə həsr edilmiş şahmat ixtisaslı tələbələr arasında onlayn turnir keçirilib.

Turnirin qalibi Məhəmməd Muradlı olub. Kənan Qarayev və Rəvan Əliyev isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qaliblərə diplomları Akademiyanın İdman işləri üzrə prorektoru Yusif Babanlı təqdim edib.

Xəbər 430 dəfə oxundu.