Libertadores kubokunun finalçıları müəyyənləşib
Futbol üzrə Libertadores kubokunda ikinci finalçı da müəyyənləşib.

Yarımfinalın ikinci matçında Argentinanın “Boka Xuniors” klubu ilə Braziliyanın “Santos” komandası qarşılaşıb.

İlk oyunda qapılara qol vurulmayıb. İkinci matçda isə rəqibini 3:0 hesabı ilə məğlub edən “Santos” finala vəsiqə qazanıb.

“Santos” həlledici görüşdə Braziliyanın digər klubu “Palmeyras”la qarşılaşacaq. Oyun yanvarın 30-da keçiriləcək.

Xəbər 380 dəfə oxundu.