“Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda Dmitriye Kamenoviç ilə müqavilə imzalayıb. İyirmi yaşlı müdafiəçi ilə üçillik anlaşma əldə olunub. Bunun üçün “Latsio” “Çukariçki” klubuna 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kamenoviç 2019-cu ildən Serbiyanın yüksək dəstəsində oynamağa başlayıb. İndiyə qədər bu komandada 26, ölkəsinin U-21 millisində 4 oyun keçirib.

Xəbər 382 dəfə oxundu.