Azərbaycan klubları rəqibləri üçün kabusa çevrilir
Azərbaycan klubları ev oyunlarında avrokuboklardakı rəqibləri üçün kabusa çevrilir. İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sini 3:0 hesabı ilə məğlub edən bakılılar təmsilçilərimizin seriyasını yubiley həddinə - 10-a çatdırıb. 2010-cu il avqustun 4-də Almaniya “Borussiya”sını qəbul edən “Qarabağ”ın Dortmund təmsilçisinin qələbəsinə əngəl ola bilməməsindən sonra 713 gündür əcnəbilər Azərbaycanda qalib gəlmir.

Bundan sonra ötən mövsüm 6, cari mövsüm 4 qarşılaşmada qonaqlar ölkəmizdən qələbəsiz ayrılmışdı. Bu 10 oyunda təmsilçilərimiz 4 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Məğlubiyyətsiz seriyanı 10-a çatdırmalı olan “Neftçi” bu seriyaya 2-ci payını verib. “Qarabağ” 3, “Xəzər Lənkəran” 2, AZAL, “İnter” və “Bakı” 1 oyunla bu seriyanın

“Ağ-qaralar”ın özü isə 4723 gündür evdə uduzmur. 1999-cu il avqustun 12-də Serbiya təmsilçisi “Srvena Zvezda”ya 2:3 hesabı ilə uduzan bakılılar ardıcıl məğlubiyyətsiz ev oyunlarının sayını 12-yə çatdırdı.

Xəbər 1111 dəfə oxundu.