Fərhad Vəliyev Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçıdır
Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir. Qolkiper turnirdə 282 matça çıxıb.

İkinci yerdə Rauf Mehdiyev qərarlaşıb. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır. Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. Dördüncü sırada qərarlaşan qolkiperin rekorda 32 oyunu qalıb.

Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyiblər.

Xəbər 409 dəfə oxundu.