“Alfa Romeo” Formula 1-i tərk edə bilər
“Fiat” və “Peugeot”un birləşməsi səbəbindən “Alfa Romeo” ilə “Sauber” arasındakı əməkdaşlıq proqramı dayandırıla bilər.

Bu barədə “La Gazzetta Dello”nun əməkdaşı italyan jurnalist Luigi Perna yazıb.

Qeyd edib ki, birləşmədən meydana gələn yeni qlobal avtomobil nəhəngi iştirakçı markaların idman fəaliyyətlərinə yenidən baxmağı planlaşdırır. Bunlardan birincisi “Alfa Romeo” olacaq. Jurnalist vurğulayıb ki, 2018-ci ildən “Sauber”in sponsorluq etdiyi bu markanın taleyi sual altındadır və birləşmiş konsernin planlarından asılıdır.

Xəbər 399 dəfə oxundu.