Yeni mövsüm ərəfəsində Formula 1 komandalarının test yarışları Bəhreyndə təşkil olunacaq
Yeni mövsüm ərəfəsində Formula 1 komandaları test yarışlarını Bəhreyndə keçirəcəklər.

Bu barədə Beynəlxalq Avtoidman Federasiyası və Formula 1 rəhbərliyi qərar qəbul edib.

Plana əsasən, komandalar martın 12-dən 14-dək Sahir trasında öz bolidlərini baxışdan keçirəcəklər. İki həftədən sonra Bəhreyn Qran-Prisi ilə yeni mövsümə start veriləcək.

Xatırladaq ki, Bəhreynə qədər test yarışlarının “Barselona”da keçiriləcəyi planlaşdırılırdı.

Xəbər 388 dəfə oxundu.