“Lex” komandası “Xəzər Lənkəran”ı yaxşı öyrənib
Polşanın “Lex” komandası Avroliqada növbəti rəqibi olan “Xəzər Lənkəran”ı yaxşı öyrənib. İdman.com.az saytının məlumatına görə, Poznan təmsilçisinin məşqçilər korpusu I mərhələdə keçdiyi Qazaxıstanın “Jetısu” klubu ilə müqayisədə Lənkəran komandası haqda daha çox məlumat toplaya bilib. Belə ki, polşalıların sərəncamında cənub klubunun 8 oyununun videoyazısı əldə edib. Bunlara “Xəzər Lənkəran”ın ilk mərhələdə yendiyi Estoniyanın “Nomme Kalyu” klubu ilə oyunlar daxildir.

Qeyd edək ki, “Lex” “Xəzər Lənkəran”la ilk oyununu sabah səfərdə, cavab matçını iyulun 26-da evdə keçirəcək.

Xəbər 1077 dəfə oxundu.