Millimizin oyunlarının vaxtı müəyyənləşib | |
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı və məkanları müəyyənləşib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək. Fevralın 2-də futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. |
|
Xəbər 390 dəfə oxundu. |
|
|