"Səbail"in sabiq futbolçusu Danimarka klubuna keçib
Qış fasiləsində Bakının "Səbail" klubundan ayrılan iranlı futbolçu Bəxtiyar Rəhmani İsveçin "Dalkurd" komandasına keçib.

30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə üçillik müqavilə imzalayıb.

Keçidi ilə bağlı danışan təcrübəli oyunçu "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.

Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.

Xəbər 647 dəfə oxundu.