"Başakşəhər" və "Beşiktaş" da Türkiyə kubokunun dörddəbir finalına vəsiqə qazanıblar
Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.

"Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib. Digər İstanbul təmsilçisi olan "Beşiktaş"da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.

Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.

Türkiyə kubokunun növbəti oyunları yanvarın 14-də keçiriləcək.

Xəbər 400 dəfə oxundu.