Rocer Federerin “Australian Open”dən imtinasının səbəbi məlum olub
Birləşmiş Ərəb Əmirliklərində Avstraliya açıq tennis turnirinin təsnifat mərhələsi keçirilir.

Avstraliyada çıxış etməkdən boyun qaçıran Rocer Federerin yarışda iştirak etməməsinin səbəbi məlum olub.

Avstraliyada sərt karantin qaydalarına görə, “Böyük dəbilqə” seriyalı turnirin təsnifat mərhələsi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub. Avstraliyada oynamaq hüququ əldə edən raketka ustaları isə yanvarın 14-dən Melburna gələcək. Onlar iki həftə ərzində paytaxtda karantinə alınacaq. Ötən mövsüm koronavirus pandemiyasına görə turnirlərə qatılmayan Rocer Federerin “Australian Open”də oynamaqdan imtina etməsi də məhz bununla əlaqədardır.

Amerika mətbuatının məlumatına görə, Federer Melburndakı “Böyük dəbilqə” turnirində oynamağa hazır olsa da, sərt karantin qaydaları onu fikrindən daşındırıb. Böyük yarışlara ailəsi ilə birgə gedən Rocer həyat yoldaşı və uşaqlarının bir ay ərzində Melburnda qapalı şəraitdə yaşamasına razı olmayıb. Federer Avstraliyaya tək gəlmək istəmədiyindən yarışda iştirak etməmək qərarına gəlib.

Xatırladaq ki, fevralın 8-də start götürəcək Avstraliya açıq tennis turniri iki həftə davam edəcək.

Xəbər 475 dəfə oxundu.