Formula 1: Yeni qaydalara keçid 2023-cü ilədək təxirə salına bilər
Formula 1-in 2021-ci ildə yeni texniki tənzimləməyə keçməsi planlaşdırılsa da, lakin koronavirus pandemiyası səbəbindən yeniliklərin 2022-ci ilə qədər təxirə salınmasına qərar verilib.

Yeni qaydalara keçid indi 2023-cü ilə qədər təxirə salına bilər. Məhz təxirə salınmanın səbəbi “Britaniya ştammı”dır. Belə ki, 10 Formula 1 komandasından yeddisi İngiltərədədir və yeni koronavirus mutasiyasının təsbitinə cavab olaraq yerli hakimiyyət məhdudiyyətləri onlara ciddi təsirini göstərib. Nəticədə, bunun komandalar üçün maddi itkilərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar artıq mövcuddur.

Nəşrin yazdığına görə, fevralda komandaların nümayəndələri, Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təmsilçiləri növbəti addımları müəyyənləşdirmək üçün toplantı keçirəcəklər.

Xəbər 385 dəfə oxundu.