“Səbail”in kapitanı Rahid Əmirquliyev klubu tərk edə bilər
Bakının “Səbail” klubunun kapitanı Rahid Əmirquliyev komandanı tərk edə bilər.

Təcrübəli futbolçu ilə hazırda iki klub maraqlanır. Bunlar “Keşlə” və “Sabah”dır. Hələlik danışıqlar gedir və R.Əmirquliyev gələcək karyerası ilə bağlı qərar qəbul etməyib.

Qeyd edək ki, vaxtilə milli komandamızda da oynayan futbolçu “Şahdağ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın da şərəfini qoruyub.

Xəbər 286 dəfə oxundu.