Son on ilin ən yaxşı futbol hakimlərinin adları açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son on ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

2011-2020-ci illərin ən yaxşı ədalət təmsilçisi Feliks Brix seçilib. Almaniyalı referi son 10 ildə keçirilən səsvermələrin nəticələrinə əsasən 141 xala malikdir. O, türkiyəli Cüneyt Çakırı cəmi 1 xal arxada qoyub.

Byorn Kuypers (Niderland) 133, Nikola Rizzoli (İtaliya) 113, Nestor Pitana (Argentina) 88 xalla ilk beşlikdə yer alıblar. Ən yaxşı 10 hakim sırasına düşən Hovard Uebb (İngiltərə) və Damir Skomina (Sloveniya) hərəsi 76, Martin Atkinson (İngiltərə) 69, Viktor Kaşşai (Macarıstan) 56 xala malikdirlər.

Xəbər 394 dəfə oxundu.