Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı müəyyənləşib
Martın 12–14-də Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı müəyyənləşib.

Yarışda kişilər 60, 67, 75, 84 kiloqram və 84 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə 50, 55, 61, 68 kiloqram və 68 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Dünyanın ən güclü karateçilərinin qatılacağı yarış “Baku Crystal Hall”da təşkil ediləcək.

Xəbər 405 dəfə oxundu.