Rusiya klubu millimizin futbolçuları ilə müqavilənin müddətini uzadıb
Qadın futbolçulardan ibarət Rusiya Super Liqasında iştirak edən “Yenisey” komandası Azərbaycan millisinin üzvləri Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 müddətinə yenilənib.

Qeyd edək ki, daha əvvəl “Zenit” klubu yığmanın digər üzvü Jalə Məhsimova ilə birillik yeni müqavilə imzalayıb.

Xəbər 377 dəfə oxundu.