Messi son 10 ilin ən yaxşı oyun qurucusu seçilib
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi son 10 ilin ən yaxşı oyun qurucusu seçilib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) qalibi müəyyənləşdirərkən əvvəlki illərin göstəricilərini də nəzərə alıb.

Argentinalı hücumçu 2015-2017-ci və 2019-cu illərdə ən yaxşı oyun qurucu seçilib. Messi 2011-ci, 2014-cü, 2018-ci və 2020-ci illərdə isə ikinci olub.

Siyahıda “Barselona”nın sabiq futbolçusu və hazırda Yaponiyanın “Vissel Kobe” klubunda oynayan Andres İnyesta ikinci, “Real Madrid”in yarımmüdafiəçi Luka Modriç isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 381 dəfə oxundu.