MHL ən yaxşı oyunçuların siyahısını açıqlayıb
Milli Hokkey Liqasında (MHL) yeni mövsüm yanvarın 14-də start götürəcək.

Turnirin rəsmi saytında müntəzəm çempionatdan əvvəl reytinq cədvəli tərtib edilib. MHL hazırda çempionatda çıxış edən ən yaxşı 50 oyunçunun reytinqini tərtib edib.

Siyahının ilk pillələrində gözlənildiyi kimi kanadalı hokkeyçilər qərarlaşıblar. 2015-ci ildə “Edmonton Oylers”in draft etdiyi Konor Makdevid reytinqdə birinci yeri tutub. Onun həmvətəni, “Kolorado Evelanş”da çıxış edən Natan Makkinon ikinci pilləni tutubsa, üçüncü yerdə Makdevidin komanda yoldaşı Leon Drayzaytl qərarlaşıb.

Almaniyalı Drayzaytl kimi ilk 10-luğa bir neçə avropalı da düşüb. Rusiyalı xokkeyçiləri xüsusi fərqləndirə bilərik. “Reyncers”də oynayan Artemiy Panarin 4-cü, “Tampa Bey”in forvardı Nikita Kuçerov 7-ci, “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin 8-ci yeri tutub.

Siyahıda olan digər avropalılara gəlincə, çexiyalı hücumçu David Pasternyak 5-cidir. İsveçli müdafiəçi Viktor Hedman isə 9-cu sıradadır. İlk 10-luğu qapayan yeganə amerikalı “Toronto”da çıxış edən Oston Metyusdur.

Xəbər 382 dəfə oxundu.